Çox Verilən Suallar | Türkiyədə Praktika

TÜRKİYƏDƏ PRAKTİKA

ÇOX VERİLƏN SUALLAR

TÜRKİYƏDƏ PRAKTİKAYA NƏ ZAMAN GEDƏ BİLƏRƏM?
TÜRKİYƏDƏ PRAKTİKAYA NƏ ZAMAN GEDƏ BİLƏRƏM?

Türkiyədə praktikaya ilin 4 fəslində də gedə bilərsiniz. Getmək istədiyiniz zamanı siz seçirsiniz, biz göndəririk. Yalnız, praktika keçmək istədiyiniz zamanı ən az 1 ay əvvəlcədən bizə müraciət etməyiniz lazımdır.

PRAKTİKANIN SONUNDA SERTİFİKAT VERİLİRMİ?
PRAKTİKANIN SONUNDA SERTİFİKAT VERİLİRMİ?

Türkiyə xəstəxanalarında praktika keçən hər bir doktora sonda praktika keçdiyinə dair rəsmi yazı və ya sertifikat verilir. Bu yazının üzərində praktika keçdiyi tarixlər və şöbənin adı yazılır. Sertikatlarımızın bəziləri ilə saytımızın sertifikatlar bölməsindən tanış ola bilərsiniz.

HANSI İXTİSASLAR ÜZRƏ PRAKTİKA KEÇƏ BİLƏRƏM?
HANSI İXTİSASLAR ÜZRƏ PRAKTİKA KEÇƏ BİLƏRƏM?

Aşağıdakı ixtisaslar üzrə praktika keçə bilərsiniz
Anesteziologiya-reanimatologiya
Ümumi cərrahiyyə
Neyrocərrahiyyə
Plastik cərrahiyyə
Ürək-damar cərrahiyyəsi
Uşaq cərrahiyyəsi
Otolorinolarinqologiya
Travmatologiya-ortopediya
Onkologiya
Urologiya
Oftalmologiya
Mamalıq-ginekologiya
Psixiatriya
Nevrologiya
Terapiya
Kardiologiya
Nefrologiya
Qastroenterologiya
Hematologiya
Dermatovenerologiya
İmmunologiya
Allerqologiya
Yoluxucu xəstəliklər
Revmatologiya
Endokrinologiya
Narkologiya
Fizioterapiya və tibbi bərpa
Ftiziatriya
Pediatriya
Şüa diaqnostikası
Stomatologiya
Üz-çənə cərrahiyyəsi
Laboratoriya işi

VERİLƏN SERTİFİKATLA İŞƏ DÜZƏLƏ BİLƏRƏMMİ?
VERİLƏN SERTİFİKATLA İŞƏ DÜZƏLƏ BİLƏRƏMMİ?

Həkimlərimiz tərəfindən ən çox verilən suallardan biridir. Bildiyimiz kimi həkim olaraq işə düzəlmək üçün ilk öncə diplom və digər rəsmi sənədlər tələb olunur. Amma, praktikanın sonunda verilən sertifikat isə onu bildirir ki, siz praktikada olduğunuz müddət ərzində bilik və bacarığınızı artırmısınız. Bu sertifikatı təqdim edərək bir pillə öndə ola bilərsiiz. .

PRAKTİKA XİDMƏTİNƏ NƏLƏR DAXİLDİR?
PRAKTİKA XİDMƏTİNƏ NƏLƏR DAXİLDİR?

Praktika xidmətinə TAM PAKET olaraq aşağıdakılar daxildir. Amma, istəkdən asılı olaraq hər hansı xidməti çıxmaq mümkündür. Digər paketlərimiz haqqında saytımızın PAKETLƏR bölməsindən ətraflı məlumat ala bilərsiniz.

  • Gediş - Gəliş aviabilet
  • Transfer (Hava limanından yurda - yurddan hava limanına)
  • Qalacaq yer
  • Yemək
  • Sağlamlıq və ya səyahət sığortası
  • Rəsmi yazı və ya Sertifikat
HANSI XƏSTƏXANALARDA PRAKTİKA KEÇƏ BİLƏRƏM?
HANSI XƏSTƏXANALARDA PRAKTİKA KEÇƏ BİLƏRƏM?

Türkiyə sərhədləri daxilində olan bütün xəstəxanalarda praktika keçə bilərsiniz. Xəstəxanalar 3 qrupa ayrılır
1. Dövlət eğitim və araşdırma xəstəxanaları
2. Universitet xəstəxanaları
3. Özəl xəstəxanalar
Xəstəxana seçimi sizdən olur, amma, biz də uzun illik təcrübəmizə dayanaraq xəstəxana seçimində ən düzgün qərarı verməkdə sizə kömək edirik.