Əlavə Edin
Hesabınız
$USD

Kömək Mərkəzi

Türkiyədə Praktika haqqında suallarına cavab tapa biləcəyiniz kömək mərkəzi.

Qiymətləndirmə

Türkiyədə Praktika xidmətinin qiymətlənirilməsi göstərilən xidmətlərdən asılıdır. Dəvətin alınması konsultasiyası, qalacaq yer, aviabilet, transfer, sığorta və digər istəkdən asılı olan xidmətlərin qiyməti gedəcəyiniz zamanda görə hesablanır və sizə dəqiq bildirilir. Bunun üçün bizimlə əlaqə saxlayaraq gedecəyiniz tarixə uyğun istəklərinizi bildirməyiniz kifayətdir.

Sifariş etmək

Türkiyədə Praktika xidmətlərindən tək və ya paket şəkilində sifariş vermək üçün saytda uyğun bölümə daxil olaraq istədiklərinizi seçə bilər və təsdiqləyə bilərsiniz. Əgər bunda çətinlik çəkdiyinizi düşünürsünüzsə əlaqə bölməsində qeyd olunan vasitələrdən birini seçərək istəklərinizi bizə online şəkilə bildirə bilərsiniz.

Xidmətlər

Türkiyədə Praktika ilə bağlı sayt istifadəçilərinə (Həkimlər və Tibb tələbələrinə) başda praktika keçmək istədiyi bölümlə bağlı konsultasiya xidməti verməklə yanaşı, Türkiyədə qalacağı yerin təşkili, transfer, aviabilet, sığorta və istək üzərinə imkanlarımız daxilində digər xidmətlər də göstərilə bilər.

Fors Major

Hər hansı gözlənilməz hal olarsa - bunlara başda koronavirus pandemiyası olmaqla, sel, daşkın, zəlzələ və digər fövqəladə hal adlanan vəziyyətlərdə göstərilən xidmət qeyri-müəyyən zaman kimi ertələnir. Hər iki tərəfin qarşılıqlı razılaşma ilə vəziyyətin normallaşmasına kimi gözləmə müddətinə keçirilir. Vəziyyət normallaşdırıldıqdan sonra isə xidmətin göstərilməsi davam edir. Anlaşmalarin detalları hər iki tərəf arasında danışılır.

 

 

 

Praktika Haqqında

Türkiyədə Praktika haqqında tanıtım xarakterli olaraq hazırlanmış bu videomuza baxa bilərsiniz. Əgər hər hansı suallarınız olarsa əlaqə vasitələrindən birini seçərək bizimlə əlaqə saxlayaraq suallarınızı verə bilərsiniz.

Videonu İzləyin 

Türkiyədə Praktika Haqqında

Köməkçi məlumatlar

Sizə faydalı olaracaq köməkçi məlumatlar

TÜRKİYƏDƏ PRAKTİKAYA NƏ ZAMAN GEDƏ BİLƏRƏM?

Türkiyədə praktikaya ilin 4 fəslində də gedə bilərsiniz. Getmək istədiyiniz zamanı siz seçirsiniz. Yalnız, praktika keçmək istədiyiniz zamanı ən az 1 ay əvvəlcədən bizə müraciət etməyiniz lazımdır.

Qeyd: Yeni növ koronavirus pandemiyasına görə müracətinizin dəyərləndirilməsi müddəti uzun ola bilər və ya başqa vaxt müraciət etməyiniz üçün geri verilər.

PRAKTİKANIN SONUNDA SERTİFİKAT VERİLİRMİ?

Türkiyə xəstəxanalarında praktika keçən hər bir doktora sonda praktika keçdiyinə dair rəsmi yazı və ya sertifikat verilir. Bu yazının üzərində praktika keçdiyi tarixlər və şöbənin adı yazılır.  

PRAKTİKA XİDMƏTİNƏ NƏLƏR DAXİLDİR?

Praktika xidmətinə TAM PAKET olaraq aşağıdakılar daxildir. Amma, istəkdən asılı olaraq hər hansı xidməti çıxmaq mümkündür. Digər paketlərimiz haqqında saytımızın PAKETLƏR bölməsindən ətraflı məlumat ala bilərsiniz.

  • Gediş – Gəliş aviabilet
  • Transfer (Hava limanından yurda – yurddan hava limanına)
  • Qalacaq yer
  • Sağlamlıq və ya səyahət sığortası
  • Rəsmi yazı və ya Sertifikat

Koronavirus ilə bağlı məlumatlandırma

Bütün dünyada davam edən pandemiya səbəbindən TurkiyedePraktika.com saytındakı xidmətlərdə dəyişiklik ola bilər. Bunun üçün əvvəlcədən məlumat alın, sonra xidmətlərdən istifadə etmə qərarı verin.

Saytdakı məlumat və yazılar

TurkiyedePraktika.com saytındakı xəstəxanalar və yurdlarla bağlı olan məlumatlar və şəkillər qeyd olunan xidmətlərin saytından alınıb. İstifadə zamanı məlumatlar üst üstü düşməməzsə bu barədə sayt məsuliyyət daşımır (Əsasən yurd, otel xidmətinə aiddir).

Mesaj Yazın
Salam, suallarınızı yazın
Türkiyədə Praktika
Salam, suallarınızı cavablandırmaq üçün buradayıq.

Şifrənizi Yeniləyin