Həkimlərimiz tərəfindən verilən ən çox suallardan biridir. İlin istənilən fəsilindən praktikaya gedə bilərsiniz. Hansı ayda getmək sizə uyğundursa, ondan 1 ay əvvəl bizə müraciət etməyiniz kifayətdir.
Türkiyəyə praktika keçməyə getdiyimiz üçün ən önəmlisi xəstəxana seçərkən çoxlu sayda pasientin seçim etdiyi xəstəxanaya getmək lazımdır.Çünki, həmin xəstəxanada daha çox patologiya görmək, pasienti müayinə etmək, maraqlı əməliyyatlar görmək şansı daha çox olur. Amma, biz də uzun illik təcrübəmizə dayanaraq xəstəxana seçimində ən düzgün qərarı verməkdə sizə kömək edirik.