Əlavə Edin
Hesabınız
$USD

Yeniliklər və Məqalələr

Türkiyədə Praktika ilə bağlı yeniliklər və yazıları buradan oxuyun.

STS və ya Diplom Denklik imtahanı nədir?

www.turkiyedepraktika.com olaraq Türkiyədə Uzmanlıq təhsili haqqında ÖDƏNİŞSİZ konsultasiyamızın ilk yazısını sizinlə paylaşırıq.
Yazılardan əlavə videolar şəkilində də paylaşımlara baxacaqsınız. Yazılardan əlavə bütün suallarınız cavablandırılaraq, imtahana qədər dəstək olmaq üçün yeniliklərımizi gözləyin.


STS və ya digər adı Diplom Denkliyi nədir?
Denklik bəlgəsi nədir? Xarici ölkələrdən alınan diplomların Türkiyədən məzun olarkən alınan diplomlarla eyni səviyyədə olduğunu təsdiq edən bir sənəddir.


Denklik bəlgəsini kim verir?

Yükseköğretim Kurulu adına Tanıma ve Denklik Hizmetleri Daire Başkanlığı (YÖK)

Denklik bəlgəsi necə alınır?

Türkiyədə Tibb/Diş ixtisasları üzrə denklik bəlgəsinin alınması bir neçə mərhələdən ibarətdir. İlk mərhələ ÖSYM-nin keçirmiş olduğu TUS (Tıpda Uzmanlık Sınavı) imtahanının 2-ci hissəsi – klinik hissəsini başarılı şəkildə vermək lazımdır. Sonra YÖK-ün qərarına əsasən Türkiyədə bir xəstəxanada 6-9 ay müddətində klinik təcrübə – staj keçirilir. Sonra denklik bəlgəsi hazırlanır verilir.

İmtahan formatı və sual sayıları nə qədərdir?

Denklik / STS imtahanı TUS imtahanın 2-ci mərhələsidir – klinik hissəsidir. İmtahan yazılı formada keçirilir. 5 klinik fəndən 120 sualdan ibarətdir. İmtahan 150 dəqiqə olur. Sual paylaşımı ixtisaslara görə aşağıdakı formadadır:
Dahiliye – 30
Pediatri – 30
Genel Cerrahi – 30
Kadın Doğum – 12
Küçük Stajlar – 18
İmtahan nə zaman və harda olur?STS – TUS ildə 2 dəfə, STS – DUS imtahanı ildə 1 dəfə olur. STS imtahanı Ankara şəhərində keçirilir. İmtahan tarixləri imtahan keçirən qurum olan ÖSYM-nin rəsmi internet saytında dərç olunur.

Tags

Şərh Yaz

E-postanızı yadda saxlayın.

Mesaj Yazın
Salam, suallarınızı yazın
Türkiyədə Praktika
Salam, suallarınızı cavablandırmaq üçün buradayıq.

Şifrənizi Yeniləyin