Əlavə Edin
Hesabınız
$USD

Sual-Cavab

Türkiyədə Praktika keçmək istəyən həkimlər və tibb tələbələri ən çox maraqlandıran sualları burada toplayaraq cavablandırdıq. Əgər sizi maraqlandıran sualın cavabını buradan tapa bilmədinizsə bizə yazaraq cavab ala bilərsiniz.

 

Türkiyədə praktikaya ilin 4 fəslində də gedə bilərsiniz. Getmək istədiyiniz zamanı siz seçirsiniz. Yalnız, praktika keçmək istədiyiniz zamanı ən az 1 ay əvvəlcədən bizə müraciət etməyiniz lazımdır.

Qeyd: Yeni növ koronavirus pandemiyasına görə müracətinizin dəyərləndirilməsi müddəti uzun ola bilər və ya başqa vaxt müraciət etməyiniz üçün geri verilər.

Türkiyə xəstəxanalarında praktika keçən hər bir doktora sonda praktika keçdiyinə dair rəsmi yazı və ya sertifikat verilir. Bu yazının üzərində praktika keçdiyi tarixlər və şöbənin adı yazılır.  

 

Aşağıdakı ixtisaslar üzrə praktika keçə bilərsiniz
Anesteziologiya-reanimatologiya
Ümumi cərrahiyyə
Neyrocərrahiyyə
Plastik cərrahiyyə
Ürək-damar cərrahiyyəsi
Uşaq cərrahiyyəsi
Otolorinolarinqologiya
Travmatologiya-ortopediya
Onkologiya
Urologiya
Oftalmologiya
Mamalıq-ginekologiya
Psixiatriya
Nevrologiya
Terapiya
Kardiologiya
Nefrologiya
Qastroenterologiya
Hematologiya
Dermatovenerologiya
İmmunologiya
Allerqologiya
Yoluxucu xəstəliklər
Revmatologiya
Endokrinologiya
Narkologiya
Fizioterapiya və tibbi bərpa
Ftiziatriya
Pediatriya
Şüa diaqnostikası
Stomatologiya
Üz-çənə cərrahiyyəsi
Laboratoriya işi

Həkimlərimiz tərəfindən ən çox verilən suallardan biridir. Bildiyimiz kimi həkim olaraq işə düzəlmək üçün ilk öncə diplom və digər rəsmi sənədlər tələb olunur. Amma, praktikanın sonunda verilən sertifikat isə onu bildirir ki, siz praktikada olduğunuz müddət ərzində bilik və bacarığınızı artırmısınız. Bu sertifikatı təqdim edərək bir pillə öndə ola bilərsiiz. .

 

Praktika xidmətinə TAM PAKET olaraq aşağıdakılar daxildir. Amma, istəkdən asılı olaraq hər hansı xidməti çıxmaq mümkündür. Digər paketlərimiz haqqında saytımızın PAKETLƏR bölməsindən ətraflı məlumat ala bilərsiniz.

  • Gediş – Gəliş aviabilet
  • Transfer (Hava limanından yurda – yurddan hava limanına)
  • Qalacaq yer
  • Sağlamlıq və ya səyahət sığortası
  • Rəsmi yazı və ya Sertifikat
 

Türkiyə sərhədləri daxilində olan bütün xəstəxanalarda praktika keçə bilərsiniz. Xəstəxanalar 3 qrupa ayrılır
1. Dövlət eğitim və araşdırma xəstəxanaları
2. Universitet xəstəxanaları
3. Özəl xəstəxanalar
Xəstəxana seçimi sizdən olur, amma, biz də uzun illik təcrübəmizə dayanaraq xəstəxana seçimində ən düzgün qərarı verməkdə sizə kömək edirik.

Türkiyədə səfər edənlər (istər praktika məqsədi, istər müalicə məqsədi, istərsə də təhsil məqsədi ilə) anlaşmalı olduğumuz yurdlarda qala bilərlər. Bunun üçün 1 ay əvvəl bizə müraciət edə bilərsiniz.

Hazırda isə koronavirus pandemiyasına görə imkanlar məhdudlaşdırılıb. Daha ətraflı bizimlə əlaqə saxlayın.

Yurdlar adətən 1 təhsil ili müddətində müqavilə bağlayırlar. Lakin, qısa müddətlik gedənlər üçün anlaşmalı olduğumuz yurdlar bizim üçün 1-9 aylıq yer ayıra bilirlər. Bu yurddakı boş yer sayına görədir.

Hazırda isə koronavirus pandemiyasına görə imkanlar məhdudlaşdırılıb. Daha ətraflı bizimlə əlaqə saxlayın.

Yurdlar adətən mühafizəli olur. Və təhsil ili, hazırkı davam edən müddətdən asılı olaraq yurdun ümümi imkanlarından ortaq olaraq səhər yeməyi, internet, dinlənmə otağı, mətbəx, ödənişsiz çay-kofe, paltar yuma otağı və digər imkanlar olur.

Hazırda isə koronavirus pandemiyasına görə imkanlar məhdudlaşdırılıb. Daha ətraflı bizimlə əlaqə saxlayın.

Anlaşmalı olduğumuz yurdlarda qalmaq üçün Türkiyə hansı məqsədlə səfər etdiyinizə dair rəsmi sənədin (praktika dəvəti, imtahana giriş vərəqini, universitetə qəbul sənədi və digər)  bir kopyasını bizə təqdim etməniz yetərli olacaq.

Koronavirus ilə bağlı məlumatlandırma

Bütün dünyada davam edən pandemiya səbəbindən TurkiyedePraktika.com saytındakı xidmətlərdə dəyişiklik ola bilər. Bunun üçün əvvəlcədən məlumat alın, sonra xidmətlərdən istifadə etmə qərarı verin.

Saytdakı məlumat və yazılar

TurkiyedePraktika.com saytındakı xəstəxanalar və yurdlarla bağlı olan məlumatlar və şəkillər qeyd olunan xidmətlərin saytından alınıb. İstifadə zamanı məlumatlar üst üstü düşməməzsə bu barədə sayt məsuliyyət daşımır (Əsasən yurd, otel xidmətinə aiddir).

Mesaj Yazın
Salam, suallarınızı yazın
Türkiyədə Praktika
Salam, suallarınızı cavablandırmaq üçün buradayıq.

Şifrənizi Yeniləyin